\
19 Mart 2024 - Çərşənbə axşamı

"Qalatasaray" 22-ci çempionluğunu qazandı

"Qalatasaray" 22-ci çempionluğunu qazandı
1678baxış
Türkiyə Superliqasının 33-cü turu çərçivəsində "Başakşehir"i 2:1 hesabı ilə məğlub edən "Qalatasaray" 2018-2019 mövsünün bitməsinə 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.
 Sport7.az xəbər verir ki, "Türk Telekom"da baş tutan qarşılaşmada əvvəlcə hesabda 0:1 geri düşən "Aslanlar" ikinci hissədə aslana "dönüb". Belə ki, Fatih Terimin komandası 47 və 64-cü dəqiqədə vurduğu qollarla geridönüş edərək meydandan 2:1 hesablı qələbə ilə ayrılıb.
Xallarının sayını 69-a yüksəldən "Sarı-qırmızılar" bununla da mövsümün bitməsinə 1 tur qalmış çempionluğu qazanıb. 
"Qalatasaray" bu nəticə ilə ümumilikdə türkiyə çempionatlarıənda 22-ci titulunu əldə etməklə rekordunu yeniləyib. Formasında 4 ulduz daşıma haqqına sahib tək komanda olan "Qalatasaray", 19-cu çempionluqla ən yaxın rəqibi "Fənərbaxça" ilə arasındakı fərqi 3-ə yüksəldib.
"Qalatasaray"la birlikdə qızıl medalları qazanan baş məşqçi Fatih Terim Superliqada ən çox çempion olan çalışdırıcı ünvanını da qoruyub saxlayır. 8-ci çempionluğunu qazanan təcrübəli mütəxəssisi, bu baxımdan 4 çempionluqla Ahmet Suat Özyazıcı, 3 dəfə eyni titula sahib çıxmış Mustafa Denizli, Kristof Daum və Qordon Milne izləyir.