\
29 Mart 2024 - Cümə

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək
1687baxış

Bu gün Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək Avropa Liqasının final oyununda anşlaq olacaq. 

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdullanın verdiyi məlumata görə, hazırda satışda cəmi 100 bilet qalıb. Onların da gün ərzində satılacağı gözlənilir. 

Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malik olsa da, UEFA-nın arenada quraşdırdığı studiyalar üzündən bu say 63 minə enib. Tribunalar tam dolacağı halda, bu, Avropa Liqasının (UEFA Kuboku) final oyunları tarixində rekord göstərici olacaq. Əvvəlki rekord göstərici 1999-cu ildə Rusiyanın paytaxtı Moskvada İtaliyanın "Parma" və "Latsio" komandaları arasında keçirilmiş final oyununda qeydə alınıb. 20 il əvvəlki qarşılaşmanı 62 min tamaşaçı izləyib.

Qeyd edək ki, matç saat 23:00-da başlanacaq. (report)

Mediapress.az