\
24 Aprel 2024 - Çərşənbə

Azərbaycan güləşçisi Avropa çempionatında ermənini məğlub edərək bürünc medal qazanıb

Azərbaycan güləşçisi Avropa çempionatında ermənini məğlub edərək bürünc medal qazanıb
1651baxış

Azərbaycanın yunan-Roma güləşçisi Zaur Əliyev İspaniyanın Pontevedra şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.

"Report" xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Gevorq Sukiasyanla üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan güləşçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.