\
25 Aprel 2024 - Cümə axşamı

2019-cu ildə ən çox qazanan idmançılar - FORBESin siyahısı

2019-cu ildə ən çox qazanan idmançılar - FORBESin siyahısı
1980baxış

Nüfuzlu "Forbes" jurnalı 2019-cu ilin birinci yarısında ən çox pul qazanan idmançıların siyahısını açıqlayıb.

Siyahıda ilk üç yeri tarixdə ilk dəfə olaraq futbolçular tutublar.

Birinci yerdə 127 milyon dollar gəlir ilə İspaniya "Barselona"sı və Argentina milli komandasının hücumçusu Lionel Messi qərarlaşıb. İkinci pilləni "Yuventus" (İtaliya) və Portuqaliyanın hücumçusu Kriştianu Ronaldu tutub. Onun bu müddət ərzində gəlirləri 109 mln. dollar təşkil edib. Üçüncü yer PSJ (Fransa) və Braziliya millisinin oyunçusu Neymara məxsusdur. Onun gəlirləri 105 mln. dollardır.

Dördüncü yerdə meksikalı boksçu Saul Alvares qərarlaşıb. O, 94 mln. dollar qazanıb.

Mediapress.az