\
11 May 2024 - Şənbə

Qadın kikboksinq təmsilçimiz qələbə qazandı - Taylandda EKSKLÜZİV - FOTOLAR

Qadın kikboksinq təmsilçimiz qələbə qazandı - Taylandda EKSKLÜZİV - FOTOLAR
1829baxış

Mediapress.az xəbər verir ki, dünən Taylandın Koh Samui şəhərində qadınlar arasında kikboks üzrə keçirilən yarışmada Azərbaycanı layiqincə təmsil edən Nehir Rəcəbzadə qələbə qazanıb!

Onun rəqibi 51 kq çəki dərəcəsində taylandlı idmançı olub. 

Xatırladaq ki, Nehir azərbaycanlı ailəsinə gəlin köçmüş türkiyəli idmançıdır. Nehir Rəcəbzadənin yoldaşı, tanınmış kikboksçu Bəhram Rəcəbzadədir. Bəhram və Nehir Rəcəbzadələr Azərbaycanda kikboks üzrə yığmanın üzvləridir. Hər ikisi beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandırırlar.

Hazırladı: Könül Aypara