\
29 Mart 2024 - Cümə

Mina Abbasova bu dəfə doğma Bakıda qızıl medala sahib oldu - FOTOLAR

Mina Abbasova bu dəfə doğma Bakıda qızıl medala sahib oldu - FOTOLAR
1927baxış

Mediapress.az xəbər verir ki, Macarıstanda yaşayan balaca həmyerlimiz doğma vətənimizdə qələbə sevinci yaşadı. Belə ki, iyun ayının 12-dən 15-dək Bakıda keçirilən “Gymkids kuboku 2019” –Bədii Gimnastika üzrə 1-ci açıq beynəlxalq çempionatda 9 yaşlı Mina Abbasova fəxri kürsünün ən yüksən pilləsinə qalxıb. Rusiya, Belorusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Dağıstan, Macarıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin iştirak etdiyi bu yarışda Macarıstanda yaşayan həmyerlimiz Mina Abbasova yenə də həmyaşıdları arasında fərqlənib. Müxtəlif yaş kateqoriyalarından olan 400-dən artıq idmançının qatıldığı turnirdə o, 2010-cu il təvəllüdlü gimnastlar arasında qızıl medala sahib olub.

Qeyd edək ki, sayca 34-cü medalını (12 qızıl, 19 gümüş, 3 bürünc) doğma Bakıda qazanan Mina Abbasova müxtəlif uluslararası yarışların ən yüksək mükafatlarına layiq görülmüşdür. O, 5 yaşından başlayaraq Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür və iştirak etdiyi bütün yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir.

Balaca gimnastımızın ən böyük arzusu ölkəmizi Dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır! Uğurlar, Mina, arzularına çatasan