\
19 Aprel 2024 - Cümə

Olimpiya mükafatçısı həbs olundu - Narkotikə görə

Olimpiya mükafatçısı həbs olundu - Narkotikə görə
1729baxış

İkiqat Olimpiya mükafatçısı, sabiq velosipedçi Cek Bobric 4,5 il müddətinə həbs olunub.

“Cyclingtips.com” saytına istinadən xəbər verir ki, C.Bobric 2017-ci ilin martından avqustunadək sabiq velosipedçi Aleks Makqreqora 301 ədəd narkotik tərkibli həb verməkdə ittiham olunur.

Hələ ilin əvvəlində Makqreqorun gecə klubları və barlarda bu həbləri satdığı bəlli olub. Lakin C.Bobric heç kimə narkotik maddə satmadığını, amma özü istifadə etdiyini bildirib.

Bununla belə, sabiq idmançı 4,5 il müddətinə həbs olunub. Onun 2,5 il sonra apellyasiya verib azadlığa çıxmaq şansı var. A.Makqreqor isə ötən ilin iyulunda ilkin olaraq 1,5 il müddətinə həbs olunub. Onun həbs müddətində həbləri həmkarı C.Bobricdən aldığını etiraf etməsi güman edilir.

Qeyd edək ki, 2016-cı ildə idmanı atmış C.Bobric 2012 və 2016-cı il olimpiadalarında trek velosipedi üzrə gümüş medal qazanıb.

Mediapress.az