\
26 Aprel 2024 - Cümə

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümünün püşkatma mərasimi keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümünün püşkatma mərasimi keçiriləcək
1626baxış

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020mövsümünün püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanacaq.

Mərasimə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələri qatılacaqlar. Ötən mövsüm olduğu kimi, çempionat eyni komandaların iştirakı ilə keçiriləcək. Bunlar "Qarabağ", "Neftçi", "Səbail", "Qəbələ", "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"dir.

Qeyd edək ki, yeni mövsümə avqustun 16-da start veriləcək.

Mediapress.az