\
29 Mart 2024 - Cümə

"Qarabağ-Apoel" qarşılaşmasında türk bayrağı! - Erməni bayrağına qarşılıq verildi EKSKLÜZİV - FOTOLAR

"Qarabağ-Apoel" qarşılaşmasında türk bayrağı! - Erməni bayrağına qarşılıq verildi EKSKLÜZİV - FOTOLAR
1422baxış

Bildiyiniz kimi, 13 avqust  "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin "Apoel" klubunu qəbul etdi. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun 2:0 hesabı ilə - "Apoel"in xeyrinə bitdi. Xatırladaq ki, bundan öncəki oyun Kiprdə keçirilmişdi və "Qarabağ" "Apoel"ə  2:1 hesabı ilə qalib gəlmişdi.  

Əlavə edək ki, Kiprdə keçirilən oyunda "Apoel" tərəfdarları erməni bayrağı asmaqla azərbaycanlıları qıcıqlandırmağa çalışmışdılar. Mediapress.az xəbər verir ki, buna cavab olaraq Bakıda keçirilən oyunda "Qarabağ" azarkeşi olan Rauf Alagözov Türkiyə bayrağı asıb. Beləcə, Azərbaycan-Türkiyə qardaşlığının necə sıx və ayrılmaz olduğunu nümayiş etdirməyə çalışıb.