\
27 Aprel 2024 - Şənbə

Messi ilk turu buraxacaq, Ronaldu da zədələnib

Messi ilk turu buraxacaq, Ronaldu da zədələnib
1680baxış

İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messi bu gün “Atletik”ə qarşı keçirəcəkləri La Liqanın yeni mövsümünün açılış matçını buraxacaq.

Avqustun 5-də əzələsi dartılan 32 yaşlı hücumçu hazırda bərpa prosesi keçir. Argentinalı forvardın gələn həftə komanda ilə birgə məşqlərdə iştirak edəcəyi gözlənilir.

İtaliyanın “Yuvnetus” klubunun hücumçusu Kriştianu Ronaldu isə məşqdə xəsarət alıb. Sol budunda ağrı olan portuqaliyalı forvardın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Onun avqustun 24-də “Parma” ilə səfərdə baş tutacaq A seriyasının açılış oyununu buraxmaq ehtimalı var.

Qeyd edək ki, bu gün keçiriləcək “Atletik” – “Barselona” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.(report)

Mediapress.az