\
26 Aprel 2024 - Cümə

Azərbaycanlı futbolçu Küveyt klubunda (FOTO)

Azərbaycanlı futbolçu Küveyt klubunda (FOTO)
1695baxış
"Qəbələ"nin yarımmüdafiəçisi Kamal Mirzəyev Küveyt çempionatına transfer olunub.
 
Qaynarinfo xəbər verir ki, 24 yaşlı futbolçu bu ölkənin yüksək liqasında çıxış edən "Əl-Salmiyə" klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Klub saytı müqavilənin detallarını açıqlamayıb. Mirzəyev yeni klubunda 18 nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, Azərbaycanın U-21 millisində çıxış etmiş futbolçu "Qəbələ"nin yetirməsidi. Kamal "AZAL", "Sumqayıt" və "Zirə" klublarının da formasını geyinib.