\
9 May 2024 - Cümə axşamı

Zlatan İbrahimoviç ardıcıl 3-cü matçda dubla imza atıb

Zlatan İbrahimoviç ardıcıl 3-cü matçda dubla imza atıb
1631baxış

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda növbəti dubluna imza atıb.

APA-nın məlumatına görə, 37 yaşlı hücumçu MLS-in “Los-Anceles”lə matçında iki qol vurub.

Los-Anceles derbisi məhsuldar heç-heçə ilə başa çatıb - 3:3. İsveçli bununla da ardıcıl 3-cü dublunu rəsmiləşdirib. O, bundan əvvəlki iki qarşılaşmanın hərəsində iki topa imza atıb. Ümumiyyətlə isə Z.İbrahimoviç mövsümün 22 oyununda 22 qol vurmağı bacarıb.

Belə məhsuldarlığa baxmayaraq, skandinaviyalı bombardirlər yarışında ikincidir. O, meksikalı Karlos Veladan geri qalır. “Los-Anceles”in hücumçusu 26 matçda 27 dəfə fərqlənib.

Mediapress.az