\
29 Mart 2024 - Cümə

İdmançı qucağında körpəsi olan arvadını təpiklədi - ŞOK VİDEO

İdmançı qucağında körpəsi olan arvadını təpiklədi - ŞOK VİDEO
1667baxış

Vyetnamda yaşayan 32 yaşlı idmançı Nguyen Xuan Vinh arvadını döydüyünə görə həbs edilib. 

Unikal.org xəbər verir ki, Vyetnamda yaşayan 32 yaşlı döyüş idmançısı Nguyen Xuan Vinh, 27 yaşlı radio aparıcısı olan həyat yoldaşı Vu Thi Thu Ly-i tərəfindən döyülüb. 

Qadının döyülməsinə səbəb isə ərinə məxsus televizoru başa otağa keçirməsi olub. 

32 yaşlı kişi arvadının qucağında iki aylıq körpəsinin olmasına baxmayaraq onu vəhşicəsinə döyüb. Evdə qurulan təhlükəsizlik kameralarında iki aylıq körpəsini qollarında tutan arvadını döyüş texnikaları ilə yerə yıxdığı görülür.

Döyüş ustası Nguyen Xuan Vinh tərəfindən döyülən arvadı Vu Thi Thu Ly əri tərəfində işgəncə gördüyünü və dəfələrlə fiziki zorakılığa məruz qaldığını söyləyib.

Vu Thi Thu Ly daha əvvəl ərindən şiddət gördüyü üçün boşanıb. Amma bir körpə gözlədiklərini öyrəndikdən sonra təkrar əri ilə barışıb.

Görüntülər sosial şəbəkələrdə də yayımlanıb və insanlar Nguyen Xuan Vinhi şiddətlə qınayıblar. Bundan sonra  Nguyen Xuan Vinh polis tərəfindən saxlanılıb.

Mediapress.az