\
19 Mart 2024 - Çərşənbə axşamı

"Qarabağ" - "Sevilya" matçının biletləri satışa çıxarılıb

"Qarabağ" - "Sevilya" matçının biletləri satışa çıxarılıb
1733baxış

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya"sı ilə Bakıda keçirəcəyi oyunu üçün biletlər satışa çıxarılıb.

Rarşılaşma üçün ən ucuz bilet 3 manatdır. Satışda 5, 15, 20, 50 manatlıq və VİP sektor üçün 100 manatlıq biletlər də var. 

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY" T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. 

Mediapress.az