\
28 Mart 2024 - Cümə axşamı

Rafael Ağayev Moskvada finala yüksəlib

Rafael Ağayev Moskvada finala yüksəlib
1715baxış

Azərbaycan karateçisi Rafael Ağayev Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.

“Report” xəbər verir ki, 75 kq çəkidə çıxış edən 34 yaşlı idmançı ardıcıllıqla Yassin Sekuri (Mərakeş), Rodriqo İbanez (İspaniya), Matus Lieskovski (Slovakiya) və Bəhmən Əsgərini (İran) məğlub edib. O, oktyabrın 6-da baş tutacaq finalda Yermek Aynəzərovla (Qazaxıstan) qarşılaşacaq.

Qadınların mübarizəsində isə 50 kq çəkidə çıxış edən 50 kq Nuranə Əliyeva isə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, Endo Çinatsu (Yaponiya), Lusia Kovaçikovanı məğlub etdikdən sonra Sara Hubriç uduzub.Təsəlliverici görüşlərdə Çeili Qonsales (Qvatemala) və Pisard May-Lidən (Fransa) güclü olan yığma üzvü bazar günü bürünc medal uğrunda Miho Miyahara ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Karate 1” Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışır.