\
24 Aprel 2024 - Çərşənbə

Qədrini bilmədik, amma o, Qazaxıstan bayrağı altında ermənini qabaqlayaraq çempion oldu...

Qədrini bilmədik, amma o, Qazaxıstan bayrağı altında ermənini qabaqlayaraq çempion oldu...
1230baxış
2-4 noyabr tarixlərində Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq "Alexander Cup” turniri keçirilir.
 
Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olub.
 
Həmyerlimiz Nicat Rəhimov isə bu yarışda Qazaxıstanı təmsil edir. Elə Nicatın qazandığı qızıl medal da bu ölkənin aktivinə yazılıb.
81 kiloqram çəki dərəcəsində yarışan həmyerlimiz 344 kq qaldırmaqla (151+193) turnirin qalibi adını qazanıb. 2-ci yeri erməni Andranik Karapetyan tutub. Bürünc medallara isə ev sahiblərinin təmsilçisi Petr Asanek layiq görülüb.
 
Qeyd edək ki, Nicat 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunlarına lisenziya qazanmaq şansını saxlayır.