\
19 Aprel 2024 - Cümə

Ümumdünya Şahmat Olimpiadasının yeri dəyişdirilib

Ümumdünya Şahmat Olimpiadasının yeri dəyişdirilib
1646baxış

2020-ci il Ümumdünya Şahmat Olimpiadasının yeri dəyişdirilib.

"Report" Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Arkadi Dvorkoviç bildirib. 

Onun sözlərinə görə, Olimpiada gələn ilin 1 - 15 avqustunda Rusiyanın Xantı-Mansiysk şəhərində deyil, paytaxt Moskvada keçiriləcək.

Bununla belə, tarixdə ilk dəfə təşkil olunacaq Ümumdünya Şahmat Paralimpiadası Xantı-Mansiyskdə baş tutacaq.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq, hər iki ildə bir dəfə təşkil olunur. Azərbaycan 2016-cı il Olimpiadasına ev sahibliyi edib.