\
12 Dekabr 2019 - Cümə axşamı

Erməni idmançını güllələyiblər

Erməni idmançını güllələyiblər
1106baxış

Ermənistanlı tayboksçu Aşot Bolyan Rusiyanın paytaxtı Moskvada güllələnib.

"Report" "Moskovskiy Komsomolets" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı idmançının cəsədi noyabrın 13-də Naximov prospektindəki evinin yaxınlığında tapılıb. Yerli sakinlərdən biri maşını park edərkən cəsədi görüb. Bolyan avtomobilinin yaxınlığında güllələnib və onun meyiti bir müddət dayanacaqda qalıb.

Qeyd edək ki, Aşot Bolyan 3 qat dünya çempionu və Dünya Kubokunun qalibi, Ermənistan İdman Federasiyalarının Ümumdünya Assosiasiyasının prezidenti olub.