\
23 Aprel 2024 - Çərşənbə axşamı

Kriştianu Ronaldo 2,56 m hündürlükdən qol vurub

Kriştianu Ronaldo 2,56 m hündürlükdən qol vurub
1717baxış
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo qeyri-adi göstəriciyə imza atıb.
 
Apasport.az saytının məlumatına görə, A seriyasının XVII turunun “Sampdoriya” ilə qarşılaşmasında qol sevinci yaşayan portuqaliyalı hava mübarizəsindəki “uçuş”u ilə diqqət çəkib.
 
Komandasına 2:1 hesablı qələbə qazandıran qolu vurarkən K.Ronaldo yerdən 71 sm havaya yüksəlib. O, 2,56 m hündürlükdə olan topa toxunub.
 
Qeyd edək ki, portuqaliyalı “Yuventus”un ardıcıl 5-ci oyununda qol sevinci yaşayıb