\
19 Aprel 2024 - Cümə

Avstriya Azərbaycanlıları Birliyinin tərkibində "Qarabağ" adlı futbol klubu yaranıb

Avstriya Azərbaycanlıları Birliyinin tərkibində "Qarabağ" adlı futbol klubu yaranıb
1541baxış

Avstriya Azərbaycanlıları Birliyinin tərkibində həvəskarlardan ibarət futbol klubu artıq bir neçə aydır ki fəaliyyət göstərir.

Mediapress.az xəbər verir ki, kluba "Qarabağ "adı verilib. Bilriyin Sədri Rüfət Mehman bildirib ki, Avstriyanın paytaxtı Vyana şəhəri Avropanın mərkəzi hesab olunur və burada görülən hər bir iş mühüm əhəmiyyətə malikdir.

"Bilirsiniz ki,  bir çox beynəlxalq təşkilatlar da məhz Vyanada yerləşir, bu səbəbdən işimizin nə qədər ciddi olduğunun fərqindəyik. Bizim komandadan öncə də Qarabağ Vyana adlı komanda fəaliyyət göstərib və kifayət qədər tanınıb və yerli komandalar arasında böyük nüfuza sahib olub. Bizim komandamız həvəskarlardan ibarətdir. Hal hazırda komandanın 30 - a yaxın üzvü var. Hər həftənin bazar günü oyunlarımız olur. Komandanın təzə yaranmasına baxmayaraq komandaya böyük maraq görürük. Oynayanların hamısı Azərbaycanlılardır. Amma oyunlarımıza ara sıra digər xalqların nümayəndələri də qatılır. Artıq komandamız  bir dəfə böyük oyun keçirib.Gələcəkdə planlarımız çoxdur, Vyanada bir çox futbol liqaları keçirilir. Biz də Qarabağ olaraq bu çempionatlarda iştirak etmək niyyətindəyik. Qarabağ adı altında çıxış etmək isə ayrı bir duyğu olacaq.Biz futbol ilə sadəcə bir başlanğıc etmişik. Məqsədimiz Qarabağ adını brendə çevirməkdir. Bu bizim üçün çox vacibdir. Çünki Qarabağ Azərbaycanındır!"