\
24 Aprel 2024 - Çərşənbə

22 yaşlı azərbaycanlı idmançı dəm qazından boğulub öldü

22 yaşlı azərbaycanlı idmançı dəm qazından boğulub öldü
1102baxış
Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib. 
 
APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. 
 
22 yaşlı Arzuman Abbasov hamam otağında dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib. 
 
Qeyd edək ki, Arzuman Abbasov MMA döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu olub.