"40 pillə" restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərib... - VİDEO
Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən "40 pillə" restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərib.
Məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsi və 9-cu polis bölməsinin əməkdaşları sözügedən kafeyə yollanıb.
Hüquq Mühafizə orqanının əməkdaşları kafedə 8 nəfər müştərinin olduğunu aşkarlayıb. Müştərilərdən biri isə iaşə obyektindən qaçmağa çalışsa da, polisin çevikliyi ilə həmin adam saxlanılıb.
İçəridə isə iki kabinetdə müştərilərin olduğu aşkarlanıb. Ancaq onlar polisin gəlişindən xəbər tutaraq qaçıb. Stolun üzərində qalan hesab qaiməsi buna sübut idi. Digər kabinetdə isə bir nəfər qəlyan çəkirdi ki, polisin gəlişindən xəbər tutaraq qaçmağa çalışdı.
Kafedə müştəri qismində əyləşən 8 nəfər post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq 9-cu polis bölməsinə aparılıb. Səbail RPİ tərəfindən müəssisə rəhbəri barəsində toplanılan materiallar məhkəmə orqanına göndərilib. Müştərilərin hər biri İntizabatı Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib.