\
24 Noyabr 2024 - Bazar günü

Xose Bernardonu öldürmək istəyən şəxsə hökm oxundu

Xose Bernardonu öldürmək istəyən şəxsə hökm oxundu
1694baxış

Bakı Ağır Cinayətlər Məhkəməsində teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovu bıçaqlamaqda təqsirləndirilən Abutalıb Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Hüseynov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2019-cu ilin noyabr ayında Pirallahı rayonu Xanlar 29 ünvanında baş verib. İttihama görə, Abutalıb Hüseynov 1989-cu il təvəllüdlü Xose Bernardo və onun qardaşı, 1988-ci il təvəllüdlü Rafael Hüseynovu mübahisə zəminində bıçaqlayıb.

Pirallahı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş Abutalıb Hüseynov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında aparıcılıq edib. (report)