"Siyaqut" şadlıq sarayında keçirilən toyla bağlı araşdırma başlanıb - DİN
1957
Azərbaycanda COVID-19 səbəbilə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur.
Son günlər Bakının məşhur şadlıq saraylarında bir neçə toy məclisi baş tutub.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılmaqdadır.
Xəbərə görə, bu görüntülər yayıldıqdan sonra hüquq-mühafizə orqanları məsələni araşdırıb və bir neçə nəfər həbs olunub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. Şöbə rəisi “BakuPost”a bildirdi ki, məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.
Əlavə edək ki,dünən "Siqayut"şadlıqsarayında təntənəli toy məclisi baş tutub. Toydan görüntülər sosial şəbəkələrdə geniş yayılıb.