\
24 Noyabr 2024 - Bazar günü

DSX və polis birgə əməliyyat keçirib, narkotik vasitə aşkarlanıb

DSX və polis birgə əməliyyat keçirib, narkotik vasitə aşkarlanıb
1176baxış

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qa­nun­suz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, fevral ayının 8-də həyata keçirilmiş sərhəd mühafizə və əmə­liy­yat-axtarış tədbirləri nəticəsində 11 kiloqram 710 qram narkotik vasitə və psi­xotrop maddəyə oxşar maddələrin qanunsuz dövriyyədən çıxarılması təmin edil­ib.

Belə ki, həmin gün DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xid­məti ərazisində Füzuli rayonunun Arayatlı kəndi yaxınlığındakı sərhəd zasta­vası­nın xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi məqsədilə Füzuli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən “VAZ-2107” markalı 15-BJ-205 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması diq­qəti cəlb edib.

Şübhəli şəxs yolun kənarında gizli yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq əra­­­zi­dən qaçmağa çalışarkən saxlanılıbr. Saxlanılan şəxsin öz hərəkətlərini mas­ka­lamaq məqsədilə hadisə yerinə içərisində öz ailə üzvləri olan avtomobildə gəlməsi də aşkar olunub.

Saxlanılan şəxsin Qazax rayon sakini 1982-ci il təvəllüdlü Məmmədov Xəy­yam Camal oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içəri­sində ümumi çəkisi 9 kiloqram 160 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələr aşkar olunaraq götürülüb.

Eyni tarixdə Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizə­sində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağla­nıl­mış 2 ədəd torbanın içərisində təxmini çəkisi 2 kiloqram 550 qram narkotik vasi­təyə oxşar maddələr aşkarlanaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.