Lənkəranda oğul atasını bıçaqlayıb
1526
Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə General Məhəmməd Əsədov küçəsi, 21 saylı evdə baş verib. Belə ki, Əliqismət Vidadi oğlu Hüseynov ailə-manaqişəsi zəminində atası, 49 yaşlı Vidadi Tavar oğlu Hüseynovu bıçaqlayıb.
Yaralı yaxınlarının köməyi ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V. Hüseynova döş qəfəsinin sol tərəfinin yan səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb.
Hadisəni törədən Ə.Hüseynovun psixoloji problemləri olduğu və bir neçə il məhkumluq həyatı yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.