Binəqədi rayonunda 46 yaşlı qadını avtomobil vurdu
1814
Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü İmanova Sevda Əhmədağa qızı “Elit” Ticarət Mərkəzinin qarşısında yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qolun sınığı diaqnozu qoyulub.