\
23 Noyabr 2024 - Şənbə

ABŞ-da qarətçi girov götürdüyü bank işçilərindən 4-nü sərbəst buraxıb - YENİLƏNİB

ABŞ-da qarətçi girov götürdüyü bank işçilərindən 4-nü sərbəst buraxıb - YENİLƏNİB
1655baxış

ABŞ-ın Minnesota ştatında bank filialının işçilərini girov götürmüş şəxs bir neçə nəfəri sərbəst buraxıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən Associated Press” agentliyi bildirib.

Məlumata görə, Sent-Klaud şəhərində “Wells Fargo” bankının binasını dörd əməkdaş tərk edə bilib. Onlardan üçü qadın, biri kişidir. Həmin şəxslərin hamısı müəssisənin əməkdaşlarıdır. Bu halda əvvəlki kimi binada qalan girovların dəqiq sayı asayiş keşikçilərinə məlum deyil.

Agentlik qeyd edib ki, bank bölməsindəki əməkdaşları bir nəfər girov saxlayıb. Xəsarət alanlar və ya həlak olanlar barədə məlumat yoxdur.

Daha əvvəl yerli polisə istinadən “Fox News” telekanalı bildirib ki, asayiş keşikçiləri cinayətkarla danışıqlar aparırlar. Güman edilir ki, bankın əməkdaşları soyğunçuluq cəhdi vaxtı girov götürülüb. Polis nümayəndəsinin sözlərinə görə, hadisənin araşdırılmasında Federal Təhqiqat Bürosunun mütəxəssisləri də iştirak edirlər.