At ətini mal əti adı altında satanlar yaxalanıblar
1068
Qusarda at ətini mal əti adı ilə satmaq istəyən şəxs saxlanılıb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayonun Gədəzeyxur kənd sakini Rudik Haqverdiyev Qusar şəhər sakini Rəhman Ərzimanova çəkisi 50 kiloqrama yaxın mənşəyi məlum olmayan, lakin at əti olmasına dair şübhələr olan əti satmaq istəyən zaman saxlanılıblar.
Saxlanılan şəxslər ifadələrində həmin əti mal əti adı ilə satmaq istədiklərini bildiriblər.
Medispress.az