\
24 Aprel 2024 - Çərşənbə

Ağdaşda qardaş qardaşı öldürdü

Ağdaşda qardaş qardaşı öldürdü
1858baxış

Ağdaş rayonunda kişi mübahisə zamanı öz qardaşını və həmkəndlisini güllələyib.

Mediapress.az xəbər verir ki, rayonun Abad kənd sakini Mustafa Ələşrəfov münaqişə zamanı ov tüfəngindən atəş açaraq qardaşı, 1968- ci il təvəllüdlü Qələndər Ələşrəfovu və qonşusu, 1972-ci il təvəllüdlü Quliyev Cəmil Sərdar oğlunu vurub.

 

Nəticədə qardaşı Q. Ələşrəfov ölüb, C.Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən M.Ələşrəfov polis əməkdaşları tərəfindən tutulub.