\
29 Sentyabr 2024 - Bazar günü

Tərtərdə narkotik tərkibli bitkilər aşkar edilib - FOTOLAR

Tərtərdə narkotik tərkibli bitkilər aşkar edilib - FOTOLAR
1509baxış
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Mediapress.az-a verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Talış kəndi ərazisində çəkisi 1 ton 210 kiloqram olan 2200 ədəd çətənə kolu yandırılaraq məhv edilib.