\
29 Sentyabr 2024 - Bazar günü

Şəffaf şüşədən, bulanıq baxışlar... - Metamfetamin nədir?

Şəffaf şüşədən, bulanıq baxışlar... - Metamfetamin nədir?
1066baxış
Şüşə, patı, kristal, met kimi adlarla bilinən, qısa müddətdə güclü asılılıq yaradan, rəngsiz və qoxusu olmayan metafetamin sintetik bir maddədir.
 
Kimyəvi tərkibi amfetamin qrupuna bənzəyir.
Bu sintetik maddənin mərkəzi sinir sisteminə çox güclü təsiri var.
Bu maddənin istifadə müddətindən asılı olmayaraq yaranan problemlər daha çox özünü aqressiv davranış, nevroloji hərəkətlər, həmçinin depressiya və buna bənzər hallarla biruzə verir.
 
Statistikasına nəzərən, hazırda dünyada 185 milyon insan qanunla qadağan olunan maddələrdən istifadə edir. Və bunun 33,4 milyonu amfetamin istifadəçisidir. Bu maddəni istifadə edən aludəçilərdə ürək döyünütülərinin artması, böyrək çatışmazlığı, mütəmadi baş gicəllənməsi, yaddaş pozuntusu , hətta ürək dayanması kimi anidən baş verən ölüm halları müşahidə olunur. Eyni zamanda, diş tökülməsi, bədəndə yaralar və çəki azalması metamfetamindən istifadə nəticəsində baş verir.
 
Depressiya, əsəbilik, əzginlik, iştahsızlıq, təcavuzkarlıq metamfetamin istifadəsində görünən simptomlardır. Bu simptomlar metamfetamin istifadəçilərində intihar düşüncələrinin yaranmasına səbəb ola bilir. Beləliklə, metamfetamin qısa müddətdə güclü asılılıq yaradaraq ondan istifadə edənlərdə ciddi psixoloji və fiziki fəsadlar törədir. Əgər sizin də çevrənizdə qeyd olunan təsirləri daşıyan şəxs və ya şəxslər görsəniz, mütləq 802 qaynar xəttə müraciət etməyinizi xahiş edirik. Unutmayın! Biz sizin və yaxınlarınızın sağlamlığını düşünürük.
 
Zənglər məxfi olaraq saxlanılacaq.
 
Raqif Allahverdi