\
29 Sentyabr 2024 - Bazar günü

Qazax sakinində narkotik maddə aşkarlandı - FOTO

Qazax sakinində narkotik maddə aşkarlandı - FOTO
1470baxış

Qazax sakinində narkotik maddə aşkarlanıb.

Bu barədə Mediaoress.az-a Daxili İşlər Nazirliyi məlumat verilib.

Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini Cabir Əliyev rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd sellofan torbada narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Götürülən maddi sübut ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.