\
29 Mart 2024 - Cümə

Xəzər dənizindən naməlum kişi meyiti tapılıb - Foto

Xəzər dənizindən naməlum kişi meyiti tapılıb - Foto
1543baxış

Pirallahı rayonu Dübəndi bağlar massivində Xəzər dənizinin sahilində 40-50 yaşlarında naməlum kişi meyiti tapılıb.

DİN Mətbuat xidmətindən Mediapress.az-a verilən məlumata görə, onun Xəzər dənizinin nəzarətsiz zonasında çimərkən boğulduğu ehtimal edilir.

Aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 170 santimetr və gözlərinin rəngi qəhvəyidir. Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Qeyd edək ki, bu şəxsi tanıyanlardan Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.