Kürəkən qayınata və qayınanasını bıçaqladı
1471
Nardaran qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Mediapress.az-ın məlumatına görə, sentyabrın 21-i saat 01:20 radələrində Nardaran qəsəbə sakini 1984-cü il təvəllüdlü İlqar Rəhimov xuliqanlıq zəminində həmin qəsəbə, Şeyx Əli Tuti küçəsi ev 9A-da yaşayanlar - qayınatası 1949-cu il təvəllüdlü Müzəffər Əliyev və qayınanası 1962-ci il təvəllüdlü Kəklik Ağasalah qızına bədənin müxtəlif nahiyələrinə daxilə nüfuz etməyən bıçaq xəsarətləri yetirib.
Hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
M. Əliyevin vəziyyəti qənaətbəxş, K. Əliyevanınkı isə orta ağırdır.
İlqar Rəhimovun tutulması üçün əməliyyat tədbirləri həyata keçirilir.