\
25 Aprel 2024 - Cümə axşamı

Polis narkotik təsiri altında olan avtobus sürücülərini saxladı

Polis narkotik təsiri altında olan avtobus sürücülərini saxladı
1442baxış

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədi polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, həmçinin Abşeron rayonunun kənd və qəsəbələrindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında reydlər keçirilib.

DİN-dən Mediapress.az-a verilən məlumata görə, avtobuslarda yalnız polis əməkdaşını görən zaman tənəffüs yollarını qoruyan maskalardan istifadə edən bununla da virusun yayılmasına şərait yaradan sürücü və sərnişinlərin aşkar edilməsi üçün tədbirə mülki geyimli əməkdaşlar da cəlb olunub.

Abşeron rayonu Qobu qəsəbəsindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında aparılan yoxlama zamanı isə polis əmədkaşları tərəfindən ciddi qayda pozuntuları aşkar edilib.

Belə ki, 567 saylı marşurut xətti ilə Qobu qəsəbəsindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında sürücü və sərnişinlər arasında pandemiya qaydalarına əməl edilmədiyi məlum olub. Eləcə də, sürücülərdən bir neçəsinin peyvənd olunmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olduqları müəyyən edilib. Aparılan yoxlamalar zamanı həmin xətt üzrə hərəkət edən 3 avtobusun sürücüsünün nəqliyyat vasitəsini sərnişinlərin həyatını təhlükə altına qoyaraq narkotik vasitələrin təsiri altında idarə etdiyi aşkarlanıb. Həmin sürücülərin idarə etdiyi avtobuslar xəttdən kənarlaşdırılıb, özləri isə saxlanılaraq Qobu Polis Bölməsinə gətiriliblər. Onların etdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar məhkəməyə göndərilib.