Dolların bu günə olan rəsmi məzənnəsi
1845
Azərbaycan Mərkəzi Bankı 8 yanvar tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Mediapress.az-a verilən məlumata görə, yanvarın 8-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2,0445 manat təşkil edir.
1 türk lirəsi 0,4550 manat, 1 rus rublu 0,0299 manat, 1 İran rialı 0,0041 manat, 1 gürcü larisi isə 0,6566 manatdır.