\
23 Noyabr 2024 - Şənbə

DİQQƏT! “Halal” yazılmış ərzaqların bir çoxu haramdır - AİB həqiqi halal məhsulları istehsal edən şirkətlərin adlarını açıqladı

DİQQƏT! “Halal” yazılmış ərzaqların bir çoxu haramdır - AİB həqiqi halal məhsulları istehsal edən şirkətlərin adlarını açıqladı
1866baxış

Halal yeyərkən harama batmayaq

Müasir dövrün çeşid bolluğunda vətəndaşlar ehtiyaclarına uyğun malları rahatlıqla seçmək imkanına malikdirlər. Lakin ağır rəqabət şəraitində bəzən istehsalçılar istehlakçıların hüquqlarını kobudcasına pozaraq onları aldadırlar. Bu hallara daha çox ərzaq sektorunda təsadüf edilir. İmanlı vətəndaşlar məhsulun üzərindəki “Halal” yazısına etibar edib etməyəcəyini bilmir.

Mövzunun aktuallığını nəzərə alaraq, Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Əyyub Hüseynova müraciət etdik. Qurum rəhbəri ilk əvvəl mövcud məsələnin vacibliyinə toxundu: “"Halal" adı altında vətəndaşlarımız aldadılır. Çoxsaylı ölkələrdən "Halal" loqosu ilə Azərbaycana mallar idxal olunur və Azərbaycanda olan, akin dövlət tərəfindən tanınmayan bəzi qurumlar da pul müqabilində "Halal" sertifikatı verirlər. Bu isə yolverilməzdir. İnsanların inancları ilə oynamaq, onların halal rasionuna haram qatmaq həm günahdır, həm də ciddi qanun pozuntusudur.

Daha sonra Əyyub Hüseynov halal və halal olmayan məhsulların ayırd edilməsində illərin təcrübəsindən istifadə etməyin vacib olduğunu vurğuladı. Azərbaycanda illərdir qüsursuz fəaliyyət göstərən şirkətlərin məhsulları artıq brendləşib. Onların keyfiyyəti və mənşəyi barədə heç kimdə sual yaranmır. Odur ki, ölkəmizdə "Halal" sertifikatını qanuni yolla almış müəssisələrin siyahısını nəzərinizə çatdırıram. Beləliklə, “AzeSERT HALAL” Sertifikatlaşdırma Orqanından Halal sertifikatı alan müəssisələrin

                                                            SİYAHISI

Müəssisənin adı  və ünvanı:

1 “Səhliyalı” kiçik müəssisəsi. Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, küçə 18/190 

2 Hakan Foods Azərbaycan Trading Co. Ltd MMC Bakı şəhəri, Babək prospekti 53a 

3 Qafqaz Konserv Zavodu MMC. Bakı-Xaçmaz şossesi 157-ci km 

4 AZ Protein Foods Group MMC. Bakı şəhəri, Xəzər rayonu, Buzovnaqəs. H.Saqib 60 

5 “M & T LTD” Firması. Bakı şəhəri, Nəsimi ray, A.Mustafayev küç 3014

6 Zəhmət-Ruzi MMC. Xırdalan şəhəri, Quşçuluq massivi H.Əliyev k 

7 SƏBA ASC. Şabran rayonu Şabran şəhəri M.Ə.Rəsulzadə küç 35 

8 F/ş Tahirov Malik Ağaşirin oğlu “Ovqat”. Bakı şəhəri Xətai rayonu Əhmədli qəs 2245 

9 AL-SANA MMC. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs. Sabir küç 8a 

10 “Orxan-SS” İKF. Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi 2

Sonda Ə.Hüseynov vətəndaşları diqqətli olmağa, öz hüquqlarını qorumağa və lazım olduqda, şikayət etməyi unutmamağa çağırdı. Tanınmış mütəxəssis istehlak hüquqları ilə bağlı yaranacaq problemlərdə hər zaman vətəndaşların yanında olacaqlarını, mövcud qanunvericilik çərçivəsində problemlərin həllinə nail olacaqlarını bildirdi.

Mediapress.az