\
23 Noyabr 2024 - Şənbə

Azərbaycanda qeyri-işlək borcların tənzimlənməsi üçün xüsusi mexanizmlər hazırlana bilər

Azərbaycanda qeyri-işlək borcların tənzimlənməsi üçün xüsusi mexanizmlər hazırlana bilər
1769baxış

“Bankların maliyyə dayanıqlığının bərpa edilməsi və gücləndirilməsi, qeyri-işlək borclar probleminin həll edilməsi  istiqamətində işlər davam etdiriləcək”.

APA-Economics”in məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, bank sektorunun restrukturizasiyası proqramı qeyri-işlək borcların tənzimlənməsi üzrə komplementar tədbirlərlə dəstəklənməlidir: “Bu istiqamətdə beynəlxalq təcrübə, ölkə xüsusiyyətləri  və məhdudiyyətlər nəzərə alınmaqla xüsusi mexanizmlər hazırlanmalıdır. Belə kompleks yanaşma bankların kapital mövqelərini bərpa etməyə, sağlam kredit tələbini genişləndirməyə, kredit aktivliyini artırmağa və iqtisadi artımı dəstəkləməyə imkan verərdi”.

Bəyantda bildirilib ki, maliyyə vasitəçiliyinin aktivləşdirilməsi üçün bankların fəaliyyət göstərdiyi ekosistemdə mövcud olan məhdudiyyətlərin aradan qaldırılması və risklərin azaldılması üzrə işlər davam etdirilməlidir.     

AMB-də hesab edirlər ki, qeyd olunan amillərlə yanaşı, nəzərdə tutulan islahatlar ekosistemin mövcud maliyyə resurslarının bank sektoru üçün qəbul edilə biləcək risklər səviyyəsində kreditləşməyə yönəlməsinə şərait yaradacaq.

 

mediapress.az