\
30 Sentyabr 2024 - Bazar ertəsi

Jurnalistlər Qiyaslı məscidində olub

Jurnalistlər Qiyaslı məscidində olub
1477baxış

Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdama rayonuna səfəri davam edir.

Mediapress.az-ın səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, jurnalistlər təməli qoyulan Ağdamdakı Qiyaslı məscidində olub.

KİV nümayəndələri vandalizmə məruz qalan dini abidə ilə tanış olublar.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub. Dövlət başçısına məscidlə bağlı məlumat verilib.