\
29 Mart 2024 - Cümə

Cəlilabadda üç nəfər su anbarında batıb - VİDEO

Cəlilabadda üç nəfər su anbarında batıb - VİDEO
1359baxış

Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad rayonunda azyaşlıların su anbarında boğulması ilə bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva KİV-ə bildirib ki, bu gün axşam saatlarında nazirliyin 112 Qaynar xətt nömrəsinə Cəlilabad rayonu, Gülməmmədli kəndində 3 nəfərin suda batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Cənub Dalğıc Axtarış Qrupu tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində bir azyaşlı və iki yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.