\
25 Aprel 2024 - Cümə axşamı

"Azərbaycan-Türkiyə əlaqələri turizm potensialını dəyərləndirmək üçün fürsətdir" - Florian Zenqstşmid:

"Azərbaycan-Türkiyə əlaqələri turizm potensialını dəyərləndirmək üçün fürsətdir" - Florian Zenqstşmid:
1343baxış

Türkiyənin İstanbul şəhərində iyunun 28-də başlayan "ACE of MICE" beynəlxalq turizm sərgisində Azərbaycan da milli stendlə təmsil olunur.

Sərgidə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid turizmin pandemiyadan ən çox zərər görən sənaye sahəsi olduğunu qeyd edərək, postpandemiya dövründə rəqabətədavamlı və daha dayanıqlı turizmin inkişaf etdirilməsinin mühümlüyünü vurğulayıb.

Mediapess.az-ın yerli bürosuna açıqlamasında Zenqstşmid Azərbaycanda da beynəlxalq turizm sərgilərinin təşkil olunacağını qeyd edib: "Turizm üzrə konqreslərin keçirilməsi çox vacibdir, çünki iş adamları və səyahətçilər daha çox vəsait xərcləyərək ölkəyə həcmindən asılı olmayaraq yatırım edirlər, adi işgüzar səfərdən fərqli olaraq burada əlavə dəyər yaranır. Buna görə yaxın illərdə biz də Azərbaycanda bu kontekstdə konqres, seminar və tədbirlərdə təşkil edəcəyik."

Azərbaycan-Türkiyənin köklü əlaqələrinə toxunan Baş icraçı direktor, bu əlaqələrin coğrafi, tarixi və dil yaxınlığından dolayı Azərbaycana çıxış təmin etdiyini və bunun da Azərbaycanın turizm potensialını layiqincə dəyərləndirmək üçün yaxşı fürsət olduğunu da vurğulayıb.