\
23 Oktyabr 2021 - Şənbə

Şəhid və qazi ailələrinin övladları Hərbi Qənimətlər parkında olub - Fotolar

Şəhid və qazi ailələrinin övladları Hərbi Qənimətlər parkında olub - Fotolar
1116baxış

27 sentyabr Anım Günü ilə əlaqədar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, paytaxt rayonlarının idarələri və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid və qazi ailələrinin övladları üçün Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilib.

Səfərdə 50-dən çox yeniyetmə və gənc iştirak edib.

Abbasov ekskursiyaya aparılanlara atalarının döyüş meydanında göstərdikləri şücaətlərdən bəhs olunduğunu bildirib: "Uşaqlar atalarının qanı və canı bahasına torpaqlarımızın azad olunduğu ərazilərdən qənimət qismində əldə edilmiş hərbi texnikaları gözləri ilə gördülər. Onlar Hərbi Qənimətlər Parkına ziyarət zamanı atalarının döyüş yolundan, qəhrəmanlıqlarından söz açdılar".