\
18 Aprel 2024 - Cümə axşamı

Gürcüstanda koronavirus: sutka ərzində nə qədər insan ölüb?

Gürcüstanda koronavirus: sutka ərzində nə qədər insan ölüb?
1652baxış
Gürcüstanda ötən sutkada koronavirusa 1 743 yeni yoluxma faktı qeydə alınıb, 2 266 nəfər müalicə olunaraq sağalıb, 29 pasiyent vəfat edib.
 
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
 
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 613 012 nəfərdə aşkarlanıb. Onların 585 071-i sağalıb, 8 946-sı dünyasını dəyişib.
 
Bu günə olan aktiv xəstə sayı 18 969 nəfərdir.