\
25 Aprel 2024 - Cümə axşamı

Bakıda polisin öldürdüyü qadının görüntüləri - Video

Bakıda polisin öldürdüyü qadının görüntüləri - Video
1485baxış
Azərbaycanda polisin arvadını qətlə yetirdiyi bölmədən videogörüntülər yayılıb.
 
Mediapress.az Oxu.Az-a istinadən xəbər verir ki, görüntülərdə polis əməkdaşları qətlə yetirilən qadını Post Patrul Xidməti avtomobilinə qoyduqları əks olunub.
Qeyd edək ki, bu gün səhər saat 09:00 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.
 
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.