\
28 Sentyabr 2024 - Şənbə

Türkiyə Prezidenti: "Kürd problemini həll etmişik"

Türkiyə Prezidenti: "Kürd problemini həll etmişik"
1377baxış

Sərhədlərimizin dibində bir və ya bir neçə terror dəhlizinin yaradılmasının qarşısını aldıq”.

Mediapress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında deyib.

“Ölkəmizə ən böyük xidmətlərdən biri təhlükəsizlik strategiyamızı dəyişməkdir. “Kürd problemi” deyilən məsələni hüquq və azadlıqların inkişafınadək bütün istiqamətlərdə biz həll etdik. Diyarbəkirdəki vətəndaşlarımıza söz verdiymiz şəkildə rədd, inkar siyasətlərini ortadan necə qaldırdıqsa, bu məsələni hələ də istismar etmək istəyənlərin maskalarını da eyni şəkildə çıxaracağıq. Diyarbəkir analarının şanlı müqavimətləri ilə terror qrupunu tir-tir titrətdikləri bir mərhələyə başlamışıq", - Ərdoğan əlavə edib.