\
28 Sentyabr 2024 - Şənbə

“Uber” sürücüsü sərnişini dəmir parçasıyla döydü

“Uber” sürücüsü sərnişini dəmir parçasıyla döydü
1375baxış
Bakıda taksi xidməti göstərən şəxs sərnişinə xəsarət yetirib.
 
“Uber” taksi xidmətinə çalışan Elçin adlı sürücü sərnişini 1998-ci il təvəllüdlü Bakı şəhər sakini Vüsal Həsrətovu aralarında yaranmış mübahisə zəmnində döyüb.
 
Sürücü sərnişinə dəmir alətlə baş nahiyəsindən zərbələr endirib.
Məsələ ilə bağlı Suraxanı Polis İdarəsində araşdırma aparılır.