\
28 Sentyabr 2024 - Şənbə

Mixeil Saakaşvili həbsdən tərəfdarlarına məktub yazıb

Mixeil Saakaşvili həbsdən tərəfdarlarına məktub yazıb
1390baxış

Gürcüstanda saxlanılan eks-prezident Mixeil Saakaşvili cəzaçəkmə müəssisəsindən tərəfdarlarına məktub göndərib.

“Report”un yerli bürosu xəbər verir ki, o, Kiyevdən Gürcüstana gələrkən saxlanılacağını gözlədiyini bildirib.

“Mənim azadlığım və daha önəmlisi Gürcüstanın azadlığı sizin fəallığınız və yaxın günlərdəki mübariz ruhunuzdan asılı olacaq. Beynəlxalq dəstək də bundan asılıdır. Xahiş edirəm, şübhə etməyin və sona qədər inanın ki, qələbəmiz öz əlimizdədir. Sizi sevirəm”, - məktubda deyilir.