\
28 Sentyabr 2024 - Şənbə

Keçmiş mətbuat katibi “Space TV”də efirə çıxacaq

Keçmiş mətbuat katibi “Space TV”də efirə çıxacaq
1382baxış

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi, hazırda "Azvirt" MMC-də baş direktor müşaviri işləyən Ceyhun Səfərov "Space TV"-da xəbərlər departamentində çalışacaq.

Tanınmış aparıcını artıq "Space TV"nin efirində xəbər aparıcısı kimi görəcəyik. 

"Bəli, "Space" televiziyası yeni mövsümə çox yeni layihələrlə hazırlaşır. Mənə də iş təklifi gəldi və yaxın keçmişdə televiziyada çalışan biri kimi təklifi qəbul etdim. Bilirsiniz ki, bir müddət əvvəl özəl şirkətdə müşavir kimi işə başlamışam və bu iş televiziya fəaliyyətimə heç bir halda mane olmur. Düşünürəm ki, bir mənada da artıq peşəkarların televiziya məkanına geri dönməsinin vaxtıdır. Dəvət və göstərilən etimada görə "Space TV" rəhbərliyinə təşəkkür edirəm", - deyən Ceyhun Səfərov məlumatı təsdiqləyib.