\
28 Sentyabr 2024 - Şənbə

Son sutkada 52 mindən çox vaksin vurulub

Son sutkada 52 mindən çox vaksin vurulub
1376baxış

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 52 949 vaksin vurulub.

 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mediapress.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 006, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 943 nəfərdir.
 
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 736 939, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 808 142, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 928 797 təşkil edir.